7 dekabr 2023. Cümə axşamı

Avropa çempionatı üçün heyət bəlli oldu


  • Offside
  • 21:06 12.06.2023
  • Oxunma sayı: 101
Avropa çempionatı üçün heyət bəlli oldu

Avropa çempionatında iştirak edəcək Azərbaycanın U-17 sərbəst güləş millisinin heyəti açıqlanıb.

Federasiyadan Corner.az-a verilən məlumata görə, məsul yarışda ölkəni Cəfər Cəfərov (45 kq), Bəşir Verdiyev (48 kq), Seyhun Əlizadə (51 kq), Hacı Kərimov (55 kq), Camal Abbasov (60 kq), Mirzəağa Axundov (65 kq), İsmayıl Rəhimli (71 kq), Şeyxəli Babazadə (80 kq), Səid Paşayev (92 kq) və Yusif Dursunov (110 kq) təmsil edəcək.

İyunun 16-dan 18-dək Albaniyanın paytaxtı Tiranada baş tutacaq qitə birinciliyinə qatılacaq yığma üzvləriylə görüş keçirilib.

Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev və baş katib Nəsimi Musayev güləşçilərə uğur arzulamaqla yanaşı, idman prinsiplərinə riayət etmələrini tapşırıblar.

Böyük məşqçi Əsgərxan Novruzov Avropa çempionatına yüksək səviyyədə hazırlaşdıqlarını və vətənə uğurlu nəticəylə dönəcəklərinə inandıqlarını söyləyib.




Offside

Azərbaycan millisi yenə uduzdu
  • Offside
  • 16:05 07.12.2023
Azərbaycan millisi yenə uduzdu