Şuşa 3x3 basketbol üzrə dünya qadın seriyasının mərhələ yarışına ev sahibliyi edir.
Corner.az xəbər verir ki, bu gün yarışdan öncə maraqlı qarşılaşma təşkil olunub.
Gənclər və İdman Nazirliyi ilə Elm və Təhsil Nazirliyi əməkdaşları arasında yoldaşlıq görüşü keçirilib.
Dostluq şəraitində başa çatan oyunun yekununda Elm və Təhsil Nazirliyinin kollektivi qalib gəlib. Gənclər və idman naziri Fərid Qayıbov da qarşılaşmada iştirak edib.