26 oktyabr 2024. Şənbə

"Mançester Yunayted" ərəb şeyxinə satılır


  • Offside
  • 12:07 13.06.2023
  • Oxunma sayı: 162
"Mançester Yunayted" ərəb şeyxinə satılır
"Mançester Yunayted" qətərli bankirə satılacaq.

Corner.az xəbər verir ki, bu haqda İngiltərənin "Mirror" nəşri məlumat yayıb. İddia edilir ki, klubu sahibi olan Qleyzer ailəsi "MY"ni Qətər şeyxi Casim bin Həməd Əl Taniyə satmaq qərarına gəlib.

Mənbəyə görə, qətərli investorun "Mançester Yunayted" üçün sifarişi Cim Ratkliffin təklifini üstələyib. Beləliklə, “qırmızı şeytanlar”ın yeni sahibinin məhz Casim bin Həməd Əl Tani olacağı bildirilir.

Müqavilənin tezliklə imzalanacağı gözlənilir.

Xatırladaq ki, 2022/2023 mövsümündə “Mançester Yunayted” İngiltərə Premyer Liqasını üçüncdü yerdə tamamlayıb. “Mançester Yunayted” növbəti mövsümdə Çempionlar Liqasında iştirak hüququ qazanıb.






Offside