Stolüstü tennisçilərimiz 13 yaşadək idmançıların Avropa çempionatında mübarizə aparacaqlar.
Corner.az xəbər verir ki, seçmə komandamız bu gün yarışın təşkil ediləcəyi Zaqreb şəhərinə yollanıb.
Azərbaycan Xorvatiya sınaqlarında 4 idmançı ilə təmsil olunacaq. Məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Onur Quluzadə, Tunar Bağırov, Yağmur Məmmədli və Xədicə Eylazova şəxsi, komanda və qoşa-qarışıq mübarizədə etimadı doğrulmağa çalışacaq.
Azərbaycan millisi ilk olaraq komanda yarışlarında Polşa, İsveç və İslandiya seçmələri ilə eyni qrupda qüvvəsini sınayacaq.
İyunun 14-də start veriləcək Avropa çempionatına iyunun 18-də yekun vurulacaq.