İtaliyanın "İnter" klubu baş məşqçisi Simone İnzaginin müqaviləsinin müddətini uzadacaq.
Corner.az xəbər verir ki, bu barədə məşhur insayder Nikolo Skira bildirib.
Onun sözlərinə görə, 47 yaşlı mütəxəssisin yeni sözləşməsi 2025-ci ilin yayınadək nəzərdə tutulacaq. Milan təmsilçisinin rəhbərliyi İnzaginin maaşını da artırmaq qərarına gəlib.
Qeyd edək ki, Simone İnzagi 2021-ci ilin yayında "İnter"in baş məşqçisi təyin olunub. Komanda UEFA Çempionlar Liqasının finalında İngiltərənin "Mançester Siti" klubuna 0:1 hesabı ilə uduzub.