26 oktyabr 2024. Şənbə

Neftçi finalda


  • Offside
  • 14:26 13.06.2023
  • Oxunma sayı: 136
Neftçi finalda
13 iyun Dünya Qadın Seriyasının Şuşa mərhələsində 1/4 final və yarımfinal oyunları baş tutub.

Corner.az xəbər verir ki, ilk 1/4 final oyununda Macarıstan millisi Rumıniyaya 21-13 hesabı ilə qalib gələrək, yarımfinalda "Neftçi" nin rəqibi olub. İkinci 1/4 final oyununda isə Almaniya seçməsi "G FLOU" (Yaponiya) klubuna 22-16  hesabı ilə qalib gəlib və ikinci yarımfinalda Niderland komandasına rəqib olub.

Birinci yarımfinal oyununda "Neftçi" klubu, Macarıstan yığması ilə üz-üzə gəlib. Gərgin mübarizənin yekununda rəqibinə 15-14 hesabı ilə qalib gələn "Neftçi" ilk finalçı olub.






Offside