Karlo Ançelotti Braziliya millisinin baş məşqçisi postuna əsas namizəd olaraq qalır.
90DEQİQE.AZ xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyasının (CBF) prezidenti Ednaldo Rodriqes açıqlama verib. O, italiyalı mütəxəssislə görüşə ümid edir.
Görüş Braziliya və Qvineya milliləri arasında Barselonada keçiriləcək oyundan sonra baş tutmalıdır. CBF başçısı “Real”la mövcud müqaviləsinə baxmayaraq, Ançelottini bu yay Braziliya komandasına rəhbərlik etməyə razı salmaq istəyir.
Daha əvvəl bildirilmişdi ki, Ançelotti “Real”la müqaviləsinin son ilini işləmək istəyir, bundan sonra Braziliyadan gələn təklifi nəzərdən keçirə bilər.