- Offside
- 10:20 15.01.2025
İsrail Futbol Federasiyasının Ali Arbitraj Məhkəməsi "Beytar" klubunun UEFA Konfrans Liqasının təsnifat mərhələsindən kənarlaşdırılması ilə bağlı qərarı ləğv edib.
90DEQİQE.AZ xəbər verir ki, qərara əsasən, komanda 2023/2024 mövsümündə avrokuboklarda çıxış edə biləcək.
Amma Yerusəlim təmsilçisi növbəti mövsüm İsrail çempionatına -3 xalla başlayacaq və ölkə kubokuna buraxılmayacaq.
Qeyd edək ki, "Beytar" yerli azarkeşlərin Netanya "Makkabi"si ilə İsrail kubokunun final oyunundakı (3:0) davranışı səbəbindən İntizam Komitəsi tərəfindən avrokuboklardan kənarlaşdırılmışdı. Fanatlar final fitindən sonra meydançaya daxil olaraq, mükafatlandırma mərasiminin keçirilməsinə imkan verməyiblər. Nəticədə təhlükəsizlik xidmətinin əməkdaşları İsrail prezidenti İsxak Hersoqu təcili olaraq stadiondan təxliyə etməli olublar.
Konfrans Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq "Beytar" "Neftçi"nin potensial rəqiblərindən biridir.