26 oktyabr 2024. Şənbə

Azərbaycan gimnastı Xüsusi Yay Olimpiya Oyunlarında daha iki medal qazanıb


  • Offside
  • 17:28 21.06.2023
  • Oxunma sayı: 121
Azərbaycan gimnastı Xüsusi Yay Olimpiya Oyunlarında daha iki medal qazanıb

Almaniyanın Berlin şəhərində keçirilən Xüsusi Yay Olimpiya Oyunları çərçivəsində bədii gimnastika üzrə yarışlara yekun vurulub.

90deqiqe.az xəbər verir ki, Azərbaycan gimnastika tarixində ilk dəfə olaraq Oyunlarda ölkəni təmsil edən bədii gimnast Mehriban Tağıyeva çıxış etdiyi divizionda topla qızıl, gürzlər və halqa ilə hərəkətlərin icrasında isə bürünc medala layiq görülüb.

Qeyd edək ki, idmançı daha əvvəl çoxnövçülük proqramında bürünc medal əldə edib.







Offside