26 noyabr 2024. Çərşənbə axşamı

III Avropa Oyunları: Azərbaycan idmançısı medal şansını davam etdirib


  • Offside
  • 17:31 21.06.2023
  • Oxunma sayı: 119
III Avropa Oyunları: Azərbaycan idmançısı medal şansını davam etdirib

Azərbaycan idmançıları Polşada keçirilən III Avropa Oyunlarının ikinci günündə çıxışlarını başa vurublar.

90deqiqe.az-ın məlumatına görə, padel yarışında mübarizə aparan Nərminə Bağırova və Samirə Əliyevadan ibarət cütlük İtaliya təmsilçiləri Kiara Pappakena - Culia Sussarello cütü ilə üz-üzə gəlib.

İtalyanlar bu mərhələdə 2:0 hesablı qələbə qazanaraq, mübarizəni davam etdiriblər.

Azərbaycanın digər idmançıları isə atletika növündə qüvvələrini sınayıblar. Ən yaxşı nəticəyə Yekaterina Sarıyeva imza atıb. O, üç təkanla tullanmada 13,38 xal toplayaraq birinci yeri tutub və medal şansını davam etdirib.

Aleksey Əliəkbərov, Əli Abdıyev, Qadir Qurbanovdan ibarət komanda 4x100 m estafet yarışında 7-ci olub.

Cavid Məmmədov 400 metr məsafəyə maneələrlə qaçışda (55,76) finişə 6-cı yerdə çatıbsa, Kyasqin Abbaszadə uzunluğa tullanmada (7,12 m) ən yaxşı 8-ci nəticəni göstərib.

Digər atletlərdən İsmayıl Əliyev disk atmada (44.83 m), Anna Yusupova 800 metr məsafəyə qaçışda (2:17.33) 10-cu olub.

Elman Abışov isə 1500 metr məsafəyə qaçışda 14 iştirakçı arasında 11-ci nəticə (4:18.19) ilə yadda qalıb.

Qeyd edək ki, bu gün III Avropa Oyunlarının açılış mərasimi keçiriləcək.







Offside