- Offside
- 10:00 18.12.2025
Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev Türkiyənin İstanbul şəhərində keçirilən Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turnirində medal qazanıb.
90deqiqe.az-ın məlumatına görə, 97 kq-da çıxış edən idmançı ənənəvi yarışın ilk günündə xalça üzərinə çıxıb. Yalnız finalda uduzan güləşçi ikinci yeri tutub.
Qeyd edək ki, iyunun 22-də Azərbaycan millisinin daha 5 üzvü mübarizə aparacaq.