26 noyabr 2024. Çərşənbə axşamı

Güləşçilərimiz Türkiyədəki beynəlxalq turnirdə 12 medal qazanıblar


  • Offside
  • 23:35 25.06.2023
  • Oxunma sayı: 158
Güləşçilərimiz Türkiyədəki beynəlxalq turnirdə 12 medal qazanıblar

Azərbaycan güləşçiləri Türkiyənin İstanbul şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirəsinə həsr olunan turnirdə 12 medal qazanıblar.

90deqiqe.az-ın məlumatına görə, ənənəvi yarışda yığma üzvləri 3 qızıl, 2 gümüş, 7 bürünc medal əldə ediblər.

Beynəlxalq turnirin yunan-Roma güləşində Qurban Qurbanovla (77 kq) Murad Əhmədiyev (97 kq) ikinci, Məhəmməd Əhmədiyev (87 kq) üçüncü yeri tutub.

Qadın güləşində Birgül Soltanova (62 kq) və Elnurə Məmmədova (53 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar. Nigar Mirzəzadə (65 kq) fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Sərbəst güləşdə isə Maqomed-Başir Xaniyev (70 kq) qızıl, İntiqam Vəlizadə (61 kq), Zirəddin Bayramov, Rəşid Babazadə (hər ikisi 65 kq), Orxan Abasov və Əşrəf Aşırov (79 kq) bürünc medal əldə ediblər.

Qeyd edək ki, turnirdə beynəlxalq dərəcəli hakim Xəyal Əliyev ədaləti qoruyub.







Offside