- Offside
- 20:59 26.11.2024
Fransanın PSJ klubunun qapıçısı Canluici Donnarumanın Parisdəki evi qarət olunub.
90deqiqe.az "Actu17" nəşrinə istinadən xəbər verir ki, oğurluq hadisəsi iyulun 20-dən 21-nə keçən gecə baş verib.
Həmin vaxt 24 yaşlı qolkiper və sevgilisi evdə olublar. Onlar cinayətkarların zorakı hərəkətlərinə də məruz qalıblar daha sonra qaçırılıblar. Evdən təxminən 500 min avro oğurlanıb.
Daha sonra isə yaxınlıqdakı otelə sığınmağı bacaran futbolçu və sevgilisinin qayğısına otel işçiləri qalaraq dərhal polis çağırıblar. Onların hər ikisi xəstəxanaya müayinəyə aparılıblar.