Xorvatiyanın Split şəhərində keçirilən tələbələr arasında futzal üzrə Avropa çempionatında ASAPES komandası ardıcıl ikinci qələbəsini qazanıb.
90deqiqe.az xəbər verir ki, futzalçılarımız bu dəfə qrup lideri olan Portuqaliyanın “Minho Universiteti” kollektivini 3-1 hesabı ilə məğlub etməklə 1/4 finala doğru önəmli addım atıblar.
Xatırladaq ki, ASAPES tələbələri dünən Böyük Britaniyanın “Bristol Universiteti” kollektivinə 10:2 hesabı ilə qalib gəlmişdi.