18 dekabr 2025. Cümə axşamı

Millimiz Bosniya və Herseqovinada təlim-məşq toplanışını başa vurdu


  • Offside
  • 16:38 24.07.2023
  • Oxunma sayı: 181
Millimiz Bosniya və Herseqovinada təlim-məşq toplanışını başa vurdu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bosniya və Herseqovinada təlim-məşq toplanışını başa vuraraq Bakıya qayıdıb.

90deqiqe.az Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, Ataman Güneyligilin rəhbərlik etdiyi komanda iyulun 18-dən Zenitsa şəhərində hazırlıq keçib.

Bosniya və Herseqovinada təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət millimiz bu ölkənin yığma komandası ilə üç yoldaşlıq oyunu da keçirib.

İlk oyunda 2:2 hesabı qeydə alınıb. Digər iki qarşılaşmada isə millimiz 3:1 hesablı ilə qələbə qazanıb. Bu oyunlarda komandamızın yeni sistem və taktikaları sınaqdan keçirilib.

Xatırladaq ki, komandamız “Avro-2021”də Bosniya və Herseqovina yığmasına 0:3 hesabı ilə məğlub olmuşdu.

Avropa çempionatına hazırlaşan yığmamız plana uyğun olaraq hazırlığın növbəti mərhələsini Bakıda davam etdirəcək.







Offside