- Offside
- 00:39 08.12.2023
“Neftçi” 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının Praqa mərhələsinin ilk oyun gününü uğurla başa vurub.
90deqiqe.az Azərbaycan Basketbol Federasiyasına istinadla xəbər verir ki, C qrupunda mübarizə aparan "ağ-qaralar" sonuncu oyununda Litva millisinə 21:16 hesabı ilə qalib gələrək qrup lideri kimi 1/4 finala vəsiqəni təmin edib.
Qeyd edək ki, 1/4 final oyunları avqustun 5-də baş tutacaq.