25 oktyabr 2024. Cümə

Voleybol məşqçiləri üçün seminara start verildi


  • Offside
  • 18:44 04.08.2023
  • Oxunma sayı: 126
Voleybol məşqçiləri üçün seminara start verildi

Azərbaycan Voleybol Federasiyası (AVF) bölgələrdə voleybolun inkişaf etdirilməsi işini davam etdirir.

AVF-dən 90deqiqe.az-a verilən məlumata görə, bu məqsədlə avqustun 3-də müxtəlif bölgələrdən olan voleybol məşqçiləri üçün təşkil olunan seminara start verilib.

Avqustun 5-dək davam edəcək seminarı yeniyetmə və gənc qızlardan ibarət Azərbaycan millilərinin rəhbəri Şahin Çatma keçir.

Seminarda Ağstafa, Tovuz, Qazax, Şəmkir, Goranboy rayonlarından olan məşqçilər iştirak edir. Nəzəri və təcrübi hissələrdən ibarət olan tədbirin yekununda iştirakçılara sertifikatlar təqdim olunacaq.

Seminar voleybolun inkişaf etdirilməsi istiqamətindəki tədbirlər çərçivəsində təşkil olunub. Burada məqsəd bölgələrdə fəaliyyət göstərən məşqçilərin yeni qaydalarla tanışlığını təmin etmək, həmçinin, müxtəlif rayon və şəhərlərdə çalışan mütəxəssislərlə əməkdaşlığın genişləndirilməsidir.

Qeyd edək ki, AVF digər bölgələrdən olan voleybol məşqçiləri üçün də seminarlar təşkil edəcək.







Offside