25 oktyabr 2024. Cümə

Azərbaycanın basketbol yığması Cəbəllütariqə qalib gəldi


  • Offside
  • 20:49 04.08.2023
  • Oxunma sayı: 111
Azərbaycanın basketbol yığması Cəbəllütariqə qalib gəldi

18 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının C Divizionunda 5-9-cu yerlər uğrunda keçirdiyi ilk oyununda qələbə qazanıb.

90deqiqe.az-ın məlumatına görə, komanda Bakıda Cəbəllütariq seçməsini 75:58 hesabı ilə məğlub edib.

Yığmanın növbəti rəqibi Andorra olacaq. Avqustun 5-də keçiriləcək qarşılaşma saat 12:30-da start götürəcək.







Offside