25 oktyabr 2024. Cümə

Nizami rayonunda yeni cüdo zalı istifadəyə verilib


  • Offside
  • 18:11 04.09.2023
  • Oxunma sayı: 85
Nizami rayonunda yeni cüdo zalı istifadəyə verilib

Bakı şəhərinin Nizami rayonunda yeni cüdo zalının açılış mərasimi keçirilib.

Azərbaycan Cüdo Federasiyasından (ACF) 90deqiqe.Az-a verilən məlumata görə, tədbirdə ACF prezidentinin müşaviri Natiq Bağırov, digər ictimaiyyət nümayəndələri, idmançılar və yerli sakinlər iştirak ediblər.

Tədbir zamanı idman klublarının fəaliyyətinin yeniyetmə və gənclərə sağlam həyat tərzinin aşılanması və onların asudə vaxtlarını səmərəli keçirməsi üçün vacib əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Elşən Süleymanov küçəsi 47A ünvanında yerləşən cüdo zalının ümumi sahəsi 500 m2 təşkil edir.







Offside