- Offside
- 12:55 20.09.2024
Azərbaycan millisi Latviyanın Dauqavpils şəhərində 18 yaşadək voleybolçu qızlar arasında təşkil olunacaq Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.
Azərbaycan Voleybol Federasiyasından 90deqiqe.az-a verilən məlumata görə, 21-25 noyabrda baş tutacaq yarışda 6 ölkənin yığması mübarizə aparacaq.
Millimiz Gürcüstan, Latviya, Ukrayna, Estoniya və Polşa ilə üz-üzə gələcək.
AVRO-2024-ə seçmə xarakter daşıyan turnirin reqlamentinə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanacaq.