- Offside
- 23:58 22.11.2024
Belarusun paytaxtı Minsk şəhərində II Avropa Oyunları davam edir.
Corner.az xəbər verir ki, bu gün karateçilər mübarizəyə qoşulub.
84 kq çəki dərəcəsindəki Asiman Qurbanlı əvvəlcə hollandiyalı Tirol Darnel Lardini məğlub edib - 2:0. Qurbanlı ikinci qarşılaşmasında Almaniya təmsilçisi Conatan Horne ilə heç-heçə (0:0) edib. O, üçüncü dueldə türkiyəli Alparslan Yamanoğlunu məğlub edərək (1:0) yarımfinala yüksəlib. Bu mərhələdə Qoqita Arkaniana (Gürcüstan) 8:0 hesabı ilə qalib gələn karateçimiz finala vəsiqə qazanıb. Finalda onun rəqibi xorvatiyalı İvan Kvesiç olub. Minimal hesablı (1:0) qələbə qazanan Qurbanlı II Avropa Oyunlarının qızıl medalına sahib çıxıb.
Kata növündə Türkiyə, İtaliya və Andorra idmançısı ilə yarışda 24.63 xal toplayan Roman Heydərov 3-cü yeri tutaraq, növbəti mərhələyə adlayıb. Onun bu mərhələdəki xalı (25.40) finala vəsiqə üçün yetərli olmayıb. Heydərov bürünc medal uğrunda almaniyalı İlya Smorqunerlə yarışıb. 25.46 xal toplayan karateçimiz rəqibini üstələyərək, bürünc medala sahib çıxıb.