25 oktyabr 2024. Cümə

Avropa çempionatı: Azərbaycan cüdoçuları ilk günü medalsız başa vurublar

Azərbaycan cüdoçusu Yaşar Nəcəfov Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazana bilməyib.


  • Offside
  • 21:20 03.11.2023
  • Oxunma sayı: 87
Avropa çempionatı: Azərbaycan cüdoçuları ilk günü medalsız başa vurublar

Azərbaycan cüdoçusu Yaşar Nəcəfov Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazana bilməyib.

90deqiqe.az-ın məlumatına görə, 66 kq çəki dərəcəsində çıxış edən 24 yaşlı idmançı üçüncü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Boqdan Yadova uduzub.

Beləliklə, Azərbaycan təmsilçiləri ilk günü mükafatsız başa vurublar.

18:04

Azərbaycan cüdoçusu Yaşar Nəcəfov Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanmaq şansını davam etdirir.

90deqiqe.az-ın məlumatına görə, 66 kq çəki dərəcəsində çıxış edən 24 yaşlı idmançı ardıcıl 3 rəqibini üstələsə də, yarımfinalda məğlub olub.

Final yolunda moldovalı Denis Vieruya uduzan Y.Nəcəfov bürünc medal uğrunda Ukrayna təmsilçisi Boqdan Yadovla qarşılaşacaq.

Bu gün mübarizəyə qoşulan digər cüdoçularımızdan Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52) isə medal qazanmaq şansını itiriblər.







Offside