- Offside
- 12:26 26.11.2024
Azərbaycanın stolüstü tennisçiləri Qazaxıstanın Türkistan şəhərində təşkil olunacaq Türkdilli xalqların II Universiadasına qatılacaqlar.
90deqiqe.az xəbər verir ki, sabah start götürəcək mötəbər yarışda yığmanın 6 idmançısı mübarizə aparacaq.
Seçmə komandanın baş məşqçisi Fərhad İsmayılovun rəhbərliyi ilə qızlardan Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Xədicə Əbilzadə, oğlanlardan Nihad Məmmədov, Kənan Pənahov və Fəxri Abdullayev etimadı doğrultmağa çalışacaq. Zaur Mikayılov isə bu yarışda hakim kimi iştirak edəcək.
Qeyd edək ki, turnirə noyabrın 9-da yekun vurulacaq.