- Offside
- 12:26 26.11.2024
“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidanın ilin ən yaxşı gənc futbolçusu sorğusunda kimlərə şans verdiyi müəyyənləşib.
90deqiqe.az xəbər verir ki, 51 yaşlı mütəxəssisə görə “kral klubu”nun yarımmüdafiəçisi Cud Bellingem hazırda ən yaxşı gənc oyunçudur.
Bu səbəbdən fransalı çalışdırıcı 20 yaşlı oyunçunu birinci sırada göstərib. Zidan, ilin ən yaxşı ikinci gənc oyunçusu “Barselona”lı Pedri olduğu qənaətindədir. İlk “üçlüy”ü isə “Real”ın digər üzvü Eduardo Kamavinqa qapayıb.
Qeyd edək ki, 2023-cü ilin ən yaxşı gənc oyunçu mükafatını məhz Bellingem qazanıb.