- Offside
- 12:26 26.11.2024
"Bu qol, şübhəsiz ki, Mahir Emrelinin özünəinamı üçün yaxşıdır".
90deqiqe.az "Vecernji" nəşrinə istinadən xəbər verir ki, bu sözləri Xorvatiyanın "Dinamo" komandasının baş məşqçisi Sergey Yakiroviç "Varajdin"lə heç-heçə (1:1) etdikləri XIV turun oyunundan sonra bildirib.
46 yaşlı çalışdırıcı hücum xəttindəki oyunçulardan razı qalmadığını vurğulayıb: "Biz daha çox təhlükə yaratmalıyıq. Tez-tez rəqib qapısını təzyiqdə saxlamalıyıq. Əgər qapıya zərbə vura bilmirsənsə, fərqlənə bilməyəcəksən".
Qeyd edək ki, "Varajdin"lə matçda 75-ci dəqiqədə meydana çıxan Emreli 90+4-cü dəqiqədə komandasını məğlubiyyətdən xilas edən qola imza atıb.