26 noyabr 2024. Çərşənbə axşamı

Qadın voleybolçular arasında Azərbaycan çempionatına start verilib

Qadın voleybolçular arasında Azərbaycan çempionatında 2023/2024-cü illər mövsümü start götürüb.


  • Offside
  • 22:42 06.11.2023
  • Oxunma sayı: 93
Qadın voleybolçular arasında Azərbaycan çempionatına start verilib

Qadın voleybolçular arasında Azərbaycan çempionatında 2023/2024-cü illər mövsümü start götürüb.

90deqiqe.az xəbər verir ki, mövsümün ilk qarşılaşmasında son ölkə çempionu “Azərreyl" və kubokun sahibi “Abşeron” klubları üz-üzə gəliblər.

Oyundan əvvəl Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ Şahin Bağırova xatirə hədiyyəsi və Türkiyənin qadın voleybolçulardan ibarət yığma komandasının oyunçularının imzası olan formanı təqdim edib. Daha sonra qarşılaşmaya start verilib.

Bakı İdman Sarayında baş tutan görüş gərginliyi ilə yadda qalıb. İlk setdə “Abşeron” 27:25 hesabı ilə qalib gəlsə də, ikinci hissədə “Azərreyl" 25:23 hesabı ilə üstün olub və ümumi hesabı bərabərləşdirib.

Maraqlı mübarizədə keçən növbəti setlərdə isə “Abşeron” qələbə qazanıb (25:16, 25:20). Beləliklə, mövsümün ilk matçında “Abşeron” 3:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, ölkə birinciliyində növbəti oyunlar noyabrın 7-də keçiriləcək. Saat 15:00-da Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Milli Aviasiya Akademiyası” və “UNEC” klubları üz-üzə gələcək. Saat 18:00-da başlanacaq növbəti qarşılaşma isə “Gəncə” və “Murov Az-Terminal” komandaları arasında olacaq.







Offside