- Offside
- 12:26 26.11.2024
“Boka Xuniors” azarkeşi komandasının Libertadores kubokunu qazana bilmədiyi üçün intihar edib.
90deqiqe.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Məlumatda, Argentina klubunun Libertadores kubokunun finalında "Fluminense"yə məğlub olduğundan sonra həmin şəxs intihar etdiyi vurğulanıb.
Qeyd edək ki, görüş noyabrın 4-də Rio-de-Janeyrodakı “Marakana” stadionunda baş tutub və 2:1 hesabı ilə qələbə qazanan Braziliya təmsilçisi tarixində ilk dəfə Libertadores kubokunu qazandı.