18 dekabr 2025. Cümə axşamı

Azərbaycan idmançıları Universiadada 7 medal qazanıblar

Qazaxıstanda keçirilən II Türk Dövlətləri Universiadası davam edir.


  • Offside
  • 16:48 07.11.2023
  • Oxunma sayı: 364
Azərbaycan idmançıları Universiadada 7 medal qazanıblar

Qazaxıstanda keçirilən II Türk Dövlətləri Universiadası davam edir.

90deqiqe.az xəbər verir ki, Azərbaycan idmançıları bu gün 7 medal qazanıblar.

Cüdoçulardan Ramilə Əliyeva (48 kiloqram) qızıl, Eltac Yusifli (66 kiloqram) gümüş və Elcan Şəfiyev (81 kiloqram) bürünc mükafata sahib çıxıb.

Sərbəst güləşdə isə Camal Abbasov (61 kiloqram) və Sabir Cəfərov (70 kiloqram) birinci, Aydın Əhmədov (125 kiloqram) ikinci, Sahib Dadaşov (79 kiloqram) üçüncü yeri tutub.

Qeyd edək ki, noyabrın 10-dək davam edəcək yarışda Azərbaycan 4 idman növündə 38 idmançı ilə təmsil olunur.







Offside