- Offside
- 23:32 05.12.2023
Futzal üzrə Yüksək Liqada bu gün ikinci dövrəyə start veriləcək. 90deqiqe.az xəbər verir ki, Bakı İdman Sarayında 6-cı turun oyunları keçiriləcək.
İlk olaraq liderlər qrupunda qərarlaşan “Baku Fire” ilə “Neftçi” İK üz-üzə gələcəklər.
Ardından lider “Araz-Naxçıvan” “Yasamal Bakı”nı sınağa çəkəcək. Günün son qarşılaşmasında isə autsayderlər U-19-la “Record club” münasibətlərinə aydınlıq gətirəcəklər.
Yüksək Liqa
VI tur
9 noyabr
14:00. “Baku Fire” – “Neftçi” İK
Hakimlər: Hikmət Qafarlı, Ceyhun Hüseynov, Elgün Hüseynov
Hakim-inspektor: Ramiz Əsədov
16:00. “Yasamal Bakı” – “Araz-Naxçıvan”
Hakimlər: Rza Məmmədov, Hacıəli Ağayev, İmran Məhərrəmov
Hakim-inspektor: Azad Hüseynov
18:00. U-19 – “Record club”
Hakimlər: Kənan Məlikov, Xəlil Xəlilov, Nahid Xasıyev
Hakim-inspektor: Füzuli Nəcəfov