- Offside
- 23:58 22.11.2024
Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov "Minsk 2019" II Avropa Oyunlarında medal qazanıb.
Corner.az xəbər verir ki, 87 kq çəki dərəcəsində yer alan 23 yaşlı pəhləvan finalda ukraynalı Jan Belenyuka uduzub - 1:3.
İlk yarıda rəqibi ondan parterdə xal alsa da, ikinci hissədə Abbasov bu imkandan yararlana bilməyib.
Qeyd edək ki, Azərbaycanın daha bir təmsilçisi - 130 kq çəkidə yer alan Sabah Şəriəti təsəlliverici görüşünü qələbə ilə başa vurub. Litvalı Romas Fredrikası 3:1 hesabı ilə yenən Şəriəti bürünc medal görüşündə norveçli Oskar Marviklə üz-üzə gələcək.(report)