- Offside
- 12:26 26.11.2024
Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqor 2024-cü ilin yayında oktaqona çıxa biləcək.
90deqiqe.az xəbər verir ki, bu barədə UFC prezidenti Deyna Uayt "Adam's Apple" nəşrinə müsahibəsində bildirib.
O, dünən 35 yaşlı idmançı ilə danışdığını vurğulayıb: "Konor hazırdır və döyüşmək istəyir. Lakin hələlik 6 ay gözləməli olacaq. Onu 2024-cü ilin yayında yenidən döyüşlərdə görə bilərik".
Qeyd edək ki, irlandiyalı idmançı 2021-ci ildə ABŞ-dan olan Dastin Porye ilə görüşdə ciddi zədə almışdı.