- Offside
- 12:26 26.11.2024
90deqiqe.az xəbər verir ki, “Qürurla irəli” şüarı ilə təşkil edilən qaçışda startdan öncə Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətən müharibəsində canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin qarşısından start götürən iştirakçılar 10 kilometr məsafəni qət edərək eyni məkanda finişə çatıblar.
Qaçışın nəticələrinə əsasən, nəzərdə tutulan məsafəni ilk qət edən Alexander Yatsenko olub. Toğrul Məmmədli ikinci, Bəxtiyar Əsgərli isə üçüncü yeri tutublar.
“Qələbə qaçışı”na gənclər və idman naziri Fərid Qayıbov, onun müavini Mariana Vasileva və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da qatılıblar.