25 oktyabr 2024. Cümə

Messi “İnter Mayami”nin ən yaxşı oyunçusu seçilib

Argentinalı hücumçu Lionel Messi 2022/23 mövsümünündə “İnter Mayami” klubunun ən yaxşı oyunçusu seçilib.


  • Offside
  • 10:18 13.11.2023
  • Oxunma sayı: 52
Messi “İnter Mayami”nin ən yaxşı oyunçusu seçilib

90deqiqe.az xəbər verir ki, bu barədə ABŞ təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Hücumçu iki il Fransa PSJ-sində oynadıqdan sonra 2023-cü ilin yayında azad agent kimi “İnter Mayami”yə keçib və tezliklə kapitan sarğısını alıb.

“İnter Mayami”də keçirdiyi 14 oyundan sonra Messinin hesabında 11 qol və 5 məhsuldar ötürmə var.

Oktyabrın 30-da argentinalı hücumçu karyerasında 8-ci dəfə “Qızıl top”u qazanıb. 2022-ci ilin dekabrında isə Argentina yığması ilə dünya çempionu olub







Offside