22 oktyabr 2024. Çərşənbə axşamı

AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib

Kiprin Limassol şəhərində UEFA-nın üzv assosiasiya nümayəndələrinin iştirakı ilə “UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı” mövzusunda illik konfrans keçirilib.


  • Offside
  • 15:38 13.11.2023
  • Oxunma sayı: 71
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib

Kiprin Limassol şəhərində UEFA-nın üzv assosiasiya nümayəndələrinin iştirakı ilə “UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı” mövzusunda illik konfrans keçirilib.

90deqiqe.az xəbər verir ki, tədbirdə AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov və maliyyə meyarları üzrə ekspert Aynur Abdullayeva iştirak ediblər.

Konfransda ötən lisenziyalaşdırma mövsümünün icmalı, Kiprdə futbolun inkişafı, Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı qaydalarında yeniliklər, UEFA-nın klub yarışlarında növbəti mövsümdən etibarən baş verəcək dəyişikliklər, klubların lisenziyalaşdırılmasında hüquqi məsələlər, qadın futbolu və klubların lisenziyalaşdırılması müzakirə olunub.

Elçin Məmmədov “Qadın futbolunda standartlarının yüksəldilməsi” mövzusunda aparılmış müzakirələrdə yer alıb.







Offside