- Offside
- 12:26 26.11.2024
“Neftçi” ilə “Zenit” arasında keçiriləcək yoldaşlıq görüşündə təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunacaq.
90deqiqe.az xəbər verir ki, Bakı klubu bununla bağlı bəyanat yayaraq, həm ölkəmizdə olan, həm də qonşu ölkədən gələcək azarkeşlərin təhlükəsizliyinin yüksək şəkildə təmin olunması, oyun zamanı azarkeşlər arasında yarana biləcək mümkün arzuolunmaz halların qarşısını almaq məqsədilə müvafiq preventiv tədbirlərin görüləcəyini bildirib.
Qarşılaşmaya maraq yüksək səviyyədə olduğundan, Sankt-Peterburq təmsilçisinin azarkeşləri üçün xüsusi sektor ayrılacaq. “Zenit” fanatları bu sektora bilet əldə etmək üçün qeyd olunan komandanın müvafiq qurumları ilə əlaqə yaratmalıdı.
Bundan başqa, “Neftçi” azarkeşləri üçün nəzərdə tutulacaq digər sektorlarda isə təhlükəsizlik məqsədi ilə “ağ-qaralar”a aid olmayan, digər komandalara və başqa ölkələrə məxsus atributları daşıyan azarkeşlərin oyunu izləməsi məhdudlaşdırılacaq. Belə hallara rast gəlindikdə həmin azarkeşlər dərhal təhlükəsizlik əməkdaşları tərəfindən stadiondan çıxarılacaq.
Qeyd edək ki, noyabrın 18-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” - “Zenit” matçı saat 21:00-da başlayacaq.