- Offside
- 12:26 26.11.2024
Azərbaycan millisinin daha iki üzvü Monteneqronun Budva şəhərində keçirilən 22 yaşadək boksçular arasında Avropa çempionatında mərhələ adlayıb.
Federasiyadan 90deqiqe.az-a verilən məlumata görə, 60 kq-da Maqsud Xasmetov ardıcıl ikinci görüşünü qələbə ilə başa vurub.
O, 1/8 finalda irlandiyalı Kallum Ovensi mübarizədən kənarlaşdırıb – 4:1 (28:29, 29:28, 29:28, 29:28, 29:28). Boksçumuz üçüncü döyüşündə rusiyalı Konstantin Opolski ilə üz-üzə gələcək.
Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edən Murad Allahverdiyev də adını 1/4 finala yazdırıb. O, italiyalı Kromvell Kommeyalfredi 4:1 (29:28, 30:26, 30:26, 28:29, 29:28) hesabı ilə məğlub edib. Allahverdiyev növbəti döyüşünü Delil Dadayevə (Almaniya) qarşı keçirəcək.
1/4 final qarşılaşmaları noyabrın 16-da baş tutacaq.
Qeyd edək ki, yarışın dördüncü günündə Azərbaycan millisinin daha 2 boksçusu mübarizəyə qoşulacaq. Daha əvvəl yığmanın iki üzvü 1/4 finala yüksəlib.