- Offside
- 12:26 26.11.2024
“Milan”ın müdafiəçisi Alessandro Florenzi qeyri-qanuni mərc oynamaqda ittiham olunur. 90deqiqe.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano paylaşım edib.
O, Turin prokurorluğunun 32 yaşlı yarımmüdafiəçini şübhəli şəxs qismində reyestrə daxil etdiyini, onunla bağlı araşdırma apardığını bildirib. İtaliya millisinin sabiq üzvünü diskvalifikasiya gözləyir.
Daha əvvəl İngiltərə “Nyukasl”ının yarımmüdafiəçisi Sandro Tonali oxşar ittihamlara görə artıq cəzalandırılmışdı. O, qarşıdan gələn Avropa çempionatı da daxil olmaqla 12 ay futboldan ayrı düşəcək.
Qeyd edək ki, Alessandro Florenzi bu mövsüm “Milan”ın heyətində 13 matçda iştirak edib.