13 aprel 2026. Bazar ertəsi

Azərbaycan gimnastı dünya yaş qrupları yarışında bürünc medal qazanıb

Azərbaycan yığmasının üzvü Aleksey Karataşov Böyük Britaniyanın Birminqem şəhərində batut gimnastikası və tamblinq üzrə keçirilən dünya yaş qrupları yarışında uğurla çıxış edib.


  • Offside
  • 12:08 17.11.2023
  • Oxunma sayı: 155
Azərbaycan gimnastı dünya yaş qrupları yarışında bürünc medal qazanıb

Azərbaycan yığmasının üzvü Aleksey Karataşov Böyük Britaniyanın Birminqem şəhərində batut gimnastikası və tamblinq üzrə keçirilən dünya yaş qrupları yarışında uğurla çıxış edib.

90deqiqe.az xəbər verir ki, gimnast tamblinq növündə bürünc medal qazanıb.

Milli tamblinq üzrə yarışlarda 3 gimnastla (Aleksey Karataşov, Bilal Qurbanov, Hüseyn Əsədullayev) təmsil olunub.

Qeyd edək ki, mötəbər turnirə noyabrın 19-da yekun vurulacaq.







Offside