25 oktyabr 2024. Cümə

Təxirə salınan oyunların vaxtı açıqlandı

Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların keçirilmə vaxtı bəlli olub.


  • Offside
  • 17:29 17.11.2023
  • Oxunma sayı: 94
Təxirə salınan oyunların vaxtı açıqlandı

Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların keçirilmə vaxtı bəlli olub.

90deqiqe.az xəbər verir ki, noyabrın 18-də və 21-də ötən həftə təxirə salınmış iki görüş keçiriləcək.

Əvvəlcə Voleybol Mərkəzində UNEC ilə çempionatda debüt edəcək “Milli Aviasiya Akademiyası” üz-üzə gələcək. Qarşılaşma saat 16:00-da start götürəcək.

Noyabrın 21-də isə Gəncə şəhərini Azərbaycan çempionatında təmsil edən “Gəncə” klubu doğma meydanda “Murov Az Terminal” komandasını qəbul edəcək. Oyun Gəncə Olimpiya İdman Kompleksində saat 18:00-da başlayacaq.

Qeyd edək ki, “Gəncə” çempionatdakı bütün ev oyunlarını Gəncədə keçirəcək.







Offside