8 dekabr 2023. Cümə

Avropa çempionatı: Azərbaycanın 2 boksçusu finala yüksəldi, 3-ü bürünc medal qazandı

Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında keçirilən Avropa çempionatında Azərbaycanın 2 üzvü finala yüksəlib, 3-ü bürünc medal qazanıb.


  • Offside
  • 10:43 18.11.2023
  • Oxunma sayı: 20
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu finala yüksəldi, 3-ü bürünc medal qazandı

Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında keçirilən Avropa çempionatında Azərbaycanın 2 üzvü finala yüksəlib, 3-ü bürünc medal qazanıb.

90deqiqe.az xəbər verir ki, Nicat Hüseynov (51 kq) yarımfinalda türkiyəli Semih Gümüşi 5:0 (28:26, 29:25, 29:25, 28:26, 29:25) hesabı ilə üstələyib.

Avropa çempionumuz ardıcıl ikinci dəfə qitə birinciliyində finala yüksəlib. N.Hüseynovun uğurunu 57 kq çəkidə Əzrək Bəbirov da təkrarlayıb. O, finala gedən yolda Rafiq Əmirxanovu (Rusiya) məğlub edib – 3:2 (29:28, 28:29, 28:29, 29:28, 29:28).

Yarımfinalda rəqiblərinə uduzan Tural Sarıyev (48 kq), Murad Allahverdiyev (80 kq) və Marjona Savriyeva (50 kq) isə Avropa çempionatının bürünc mükafatına yiyələniblər.

Qeyd edək ki, final görüşləri bu gün keçiriləcək.




Offside

“Xarı Bülbül” qalib gəldi
  • Offside
  • 00:36 08.12.2023
“Xarı Bülbül” qalib gəldi
Vinisiusdan şad xəbər
  • Offside
  • 23:24 07.12.2023
Vinisiusdan şad xəbər
“Traktor”dan qələbə
  • Offside
  • 21:25 07.12.2023
“Traktor”dan qələbə