25 oktyabr 2024. Cümə

"Ayaks"ın sabiq hücumçusu vəfat etdi

Niderland milli komandasının və "Ayaks"ın sabiq hücumçusu Ruud Qils vəfat edib.


  • Offside
  • 13:36 19.11.2023
  • Oxunma sayı: 80
"Ayaks"ın sabiq hücumçusu vəfat etdi

Niderland milli komandasının və "Ayaks"ın sabiq hücumçusu Ruud Qils vəfat edib. 

90deqiqe.az xəbər verir ki, onun ölümünün səbəbi ilə bağlı ictimaiyyətə məlumat verilməyib.

Ruud karyerası ərzində "Feyennord", "Brügge", "Ayaks", "Anderlext", PSV kimi klublarda forma geyinib. Qils "Ayaks"ın heyətində 132 oyun keçirib və 123 qol vurub.

O, 5 dəfə ölkə çempionatının bombardiri olub: 1974/75 mövsümü (30 qol), 1975/76 (29 qol), 1976/77 (34 qol), 1977/78 (30 qol), 1980/81 (22 qol).







Offside