25 oktyabr 2024. Cümə

“Sabah” bağlanış oyununda asan qələbə qazandı

“Sabah” Azərbaycan Basketbol Liqasının IV turunun bağlanış oyununda asan qələbə qazanıb.


  • Offside
  • 22:00 19.11.2023
  • Oxunma sayı: 69
 “Sabah” bağlanış oyununda asan qələbə qazandı

Azərbaycan Basketbol Liqasının (ABL) 4 -cü turunun son oyunu baş tutub.

90deqiqe.az-ın məlumatına görə,  çempionatın əsas favoriti "Sabah", "Sərhədçi" ilə üz-üzə gəlib və rəqibi üzərində 112-89 hesablı rahat qələbə qazanıb.

Ən məhsuldar basketbolçular “Sabah”da Kivon Devenport (28 xal, 8 ribaund), “Sərhədçi”də isə Cekson Rid (22 xal, 7 assist) olub.

 Qeyd edək ki, 5 -ci turun oyunları ("Sərhədçi" - "Gəncə", "Xırdalan" - "NTD-INDIGO", "Cəlilabad" - "Sumqayıt", "Neftçi - "Sabah", "Şəki" - "Xəzri") 23-26 noyabr tarixləri aralığında baş tutacaq.







Offside