25 oktyabr 2024. Cümə

“Vüqar Həşimov Memorial-2023” superturniri Qəbələdə keçiriləcək

Qəbələdə görkəmli şahmatçı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan “Vüqar Həşimov Memorial-2023” superturniri keçiriləcək.


  • Offside
  • 15:56 20.11.2023
  • Oxunma sayı: 106
“Vüqar Həşimov Memorial-2023” superturniri Qəbələdə keçiriləcək

Qəbələdə görkəmli şahmatçı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan “Vüqar Həşimov Memorial-2023” superturniri keçiriləcək.

90deqiqe.az xəbər verir ki, dekabrın 7-11-i aralığında 10 şahmatçının iştirakı ilə baş tutacaq yarış rapid və blits üzrə təşkil olunacaq.

Sayca 9-cu superturnir Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək.

Qeyd edək ki, Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə baş tutub. Dünya çempionu Maqnus Karlsen 4 (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 2 (2016, 2017), ABŞ təmsilçisi Fabiano Karuana (2021) və özbəkistanlı Nodirbek Abdusattorov (2022) isə hərəyə 1 dəfə turnirin qalibi olublar.







Offside