- Offside
- 12:26 26.11.2024
"Əl Əhli" klubunun hücumçusu Roberto Firminonun atası ailəsi ilə Dubayda tətildə olarkən vəfat edib.
90deqiqe.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Məlumatda, 62 yaşlı şəxsin ölümünə səbəb infarkt olduğu vurğulanıb. 32 yaşlı futbolçu ailəsi ilə birlikdə atasının cənazəsini dəfn olunacağı Braziliyaya göndərmək üçün bütün sənədləri tamamlamaq üzrədir.
Təcrübəli forvard Səudiyyə Ərəbistanı klubunun heyətində bütün turnirlərdə 14 matçda iştirak edib, 3 qol vurub və 3 məhsuldar ötürmə verib.