- Offside
- 12:26 26.11.2024
Argentina millisinin hücumçusu Lionel Messinin Qətərdə keçirilən dünya çempionatında qalib gələn köynəkləri Nyu-Yorkda hərraca çıxarılacaq.
90deqiqe.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Məlumatda, 6 köynəkdən ibarət kolleksiyaya hücumçunun Fransa ilə final oyunundan (4:3, qələm) forması da daxil olacağı vurğulanıb. Futbol formalarının bütün dəstinin 8 milyon sterlinqə satılacağı gözlənilir. Futbol köynəkləri arasında satılan ən bahalı forma Dieqo Maradonanın 1986-cı il dünya çempionatının 1/4 finalındakı formasıdır (Tanrının əli) – 7,1 milyon sterlinq.