- Offside
- 12:26 26.11.2024
2000-ci illərin ən yaxşı hücumçuları bəlli olub.
90deqiqe.az xəbər verir ki, “FourFourTwo” nəşri son 23 ilin ən yaxşı forvardlarını sıralayıb.
Araşdırmaya əsasən, "Arsenal" və "Barselona"nın sabiq üzvü Tyerri Anri cədvələ başçılıq edir. Braziliyalı Ronaldo ikinci yerdə alıbsa, "üçlük"ü ingiltərəli Ueyn Runi qapayır.
İlk “onluq”
1. Tyerri Anri (Fransa)
2. Ronaldo (Braziliya)
3. Ueyn Runi (İngiltərə)
4. Zlatan İbrahimoviç (İsveç)
5. Samuel Eto (Kamerun)
6. Andrey Şevçenko (Ukrayna)
7. Didye Droqba (Fil Dişi Sahili)
8. David Trezege (Fransa)
9. Raul Qonzales (İspaniya)
10. Rud van Nistelroy (Niderland)