- Offside
- 20:55 18.12.2025
Argentinanın Rosario şəhərinin mərkəzinə yaxın Lavelle şəhərində Lionel Messinin həyat yoldaşı Antonella Rokuzzoya məxsus ailə supermarketinin işçiləri naməlum şəxslərin hücumuna məruz qalıb.
90deqiqe.az "Dailymail"ə istinadən xəbər verir ki, Antonella Rokuzzonun yaxın qohumu 23 yaşlı Aqustina Scalia Lavelle şəhərindəki ailə supermarketindən Argentina pesosu ilə 18 min funt-sterlinqdən çox pulu yaxınlıqdakı banka daşıyan zaman silahlı quldurlar tərəfindən qarət ediliblər.
Cinayətkarlar hər birində 4 milyon peso olan iki çantanı götürüb qaçmazdan əvvəl avtomobilə atəş açıblar.
Xoşbəxtlikdən heç kim ciddi xəsarət almayıb.