- Offside
- 12:58 06.02.2026
Azərbaycan ağırlıqqaldıranı Əli Şükürlü Meksikanın Qvadalaxara şəhərində keçirilən gənclər arasında dünya birinciliyində 5-ci yeri tutub.
90deqiqe.az xəbər verir ki, 109 kq çəki dərəcəsində mübarizə aparan idmançı 360 kq (164+196) nəticə göstərib.
Qeyd edək ki, dünya birinciliyində 70-ə yaxın ölkədən 310 (171 kişi + 139 qadın) atlet çıxış edib.