19 dekabr 2025. Cümə

Voleybol üzrə Azərbaycan çempionatının oyunu avrokubok matçına görə təxirə salınıb

Kişi voleybolçular arasında Yüksək Liqada bu gün keçirilməsi nəzərdə tutulan “Xarı Bülbül Şuşa” – “Xarı Bülbül Laçin” oyunu təxirə salınıb.


  • Offside
  • 12:06 23.11.2023
  • Oxunma sayı: 141
Voleybol üzrə Azərbaycan çempionatının oyunu avrokubok matçına görə təxirə salınıb

Kişi voleybolçular arasında Yüksək Liqada bu gün keçirilməsi nəzərdə tutulan “Xarı Bülbül Şuşa” – “Xarı Bülbül Laçin” oyunu təxirə salınıb.

Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidmətindən 90deqiqe.az-a verilən məlumata görə, buna meydana sahibi komandanın AVF-yə müraciəti səbəb olub.

Klub Çağırış Kubokunun 1/16 final mərhələsində Yunanıstanda “Panatinaikos”a qarşı keçiriləcək cavab matçına daha səmərəli hazırlaşa bilmək üçün noyabrın 23-də oynanılması planlaşdırılan çempionat oyununun təxirə salınmasını xahiş edib. Federasiya Şuşa təmsilçisinin müraciətini müsbət cavablandırıb.

Beləliklə, bu gün Yüksək Liqada yalnız bir qarşılaşma baş tutacaq. Saat 19:00-da “Azərreyl” və “Murov Az Terminal” komandaları üz-üzə gələcəklər.

Qeyd edək ki, “Panatinaikos” – “Xarı Bülbül Şuşa” matçı noyabrın 29-da keçiriləcək. Azərbaycan klubu Bakıdakı ilk görüşdə rəqibinə 0:3 hesabı ilə uduzub.







Offside