19 dekabr 2025. Cümə

Azərbaycan çempionatı: Növbəti oyunların vaxtı bəlli oldu

Qadın voleybolçular arasında Azərbaycan çempionatında II turun oyun proqramı açıqlanıb.


  • Offside
  • 13:54 23.11.2023
  • Oxunma sayı: 148
Azərbaycan çempionatı: Növbəti oyunların vaxtı bəlli oldu

Qadın voleybolçular arasında Azərbaycan çempionatında II turun oyun proqramı açıqlanıb.

90deqiqe.az xəbər verir ki, turun görüşləri noyabrın 25-də Bakı və Gəncə şəhərlərində keçiriləcək.

Ev oyunlarını Gəncə Olimpiya İdman Kompleksində keçirən şəhərin eyniadlı təmsilçisinin budəfəki qonağı “Azərreyl” olacaq. Qarşılaşma saat 18:00-da başlayacaq.

Həmin gün Bakıda Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində ikinci turun daha iki oyunu baş tutacaq. İlk olaraq saat 15:00-da meydana “Murov Az Terminal” və “Milli Aviasiya Akademiyası” komandaları çıxacaqlar. Saat 18:00-da isə “Abşeron” və UNEC klubları üz-üzə gələcəklər.







Offside